Xidmətlərimiz

Fərqimiz – hər bir müştərimizə fərdi xidmət göstərməyimizdir!

Unimak şirkətini seçməklə Siz eyni zamanda həm keyfiyyətli məhsul, həm də fərdi ehtiyaclarınıza uyğun xüsusi xidmət paketi əldə etmiş olursunuz. Həmçinin, şirkətimizin təcrübəli mütəxəssislərinin hazırladığı ümumi həll paketləri (“Total Solution”) layihənizin hər mərhələsini əhatə etməklə vaxtınıza qənaəti təmin edəcəkdir.

Uğurlarımızın təməli “Müştəriyönümlü” biznes modelinə sadiqliyimizdir!

  • Sizi ən son texnoloji yeniliklər və müasir tendensiyalar haqqında məlumatlandırırq
  • Layihələndirmə, texniki əsaslandırma, avadanlıq seçimi,quraşdırma, işə salma, istismar müddətində dəstək, texniki xidmət və təmir – bir sözlə, layihənin hər mərhələsində Sizi ən doğru həll paketləri ilə təmin edirik
  • Qəbul olunmuş standartlar və keyfiyyət meyarları çərçivəsində layihəni spesifik tələblərinizə uyğunlaşdırırq
  • Xidmət və məhsul seçimini düzgün yerinə yetirməklə, resurslarınızın maksimum səmərəli istifadəsini təmin edirik
  • 7/24, fasiləsiz xidmət göstərməklə, daima yanınızdayıq.

Bu bölmədə xidmət sahələrimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz:

Avadanlıqların istismara verilməsi. Obyektinizdəki yeni quraşdırılmış avadanlıqların işə salınmasını və istismara verilməsini bu sahədə uzun illərin təcrübəsinə malik Şirkətimizin peşəkar servis əməkdaşlarına həvalə ətməklə Siz keyfiyyət, təhlükəsizlik və səmərəlilik standartların tələblərinə uyğun, sərfəli xidmət əldə etmiş olursunuz.
Təcrübəmiz sizə nə vəd edir?
Avadanlıqların istismara verilməsi prossesi zamanı Unimak Şirkətinin peşəkar mütəxəssisləri mürəkkəb bir sistemin ən önəmli tərkib hissələrindən biri olan nasos avadanlıqlarının keyfiyyət, səmərəlilik, dözümlülük kimi parametrləri nəzərə almaqla düzgün seçimi, istismarı və baxımı haqqında sizə dolğun məlumat verərək, işinizi asanlaşdıracaqdır.

Satış

Unimak ilkin olaraq Nasos və nasos avadanlıqlarının satışı ilə məşğuldur. Wilo markasının rəsmi satış distribütoru olan Unimak-da siz hər növ nasos və avadanlıqlarını əldə edə bilərsiniz. Avadanlıqların istismar müddəti onların orijinallığından asılıdır. Sertifikatsız, nasaz və orijinal olmayan məhsullardan qaçınmaq məqsədilə sizə yalnız rəsmi distribütorlara üz tutmağınızı məsləhər görürük. Unimak sizə yalnız sertifikasiyadan keçmiş və yüksək keyfiyyətli nasos və nasos avadanlıqları satışını tam sənədləşmə ilə həyata keçirəcəkdir. Avadanlıqlarla yanaşı, Unimak şirkəti sizə texniki dəstək, təmir xidmətləri və quraşdırma işlərinin də satışını həyata keçirməkdədir. Unimak-dan Wilo markasının nasos və nasos avadanlıqlarını almaq üçün aşağıda qeyd olunmuş telefon və ya e-poçt vasitəsilə əlaqə yarada bilərsiniz.

Texniki xidmət

Vaxtında göstərilən baxım və xidmət avadanlıqların uzunmüddətli istismarının zəmanətidir. Quraşdırılan avadanlıqların daim saz vəziyyətdə işləməsini və uzun müddət xidmət göstərməsini təmin etmək üçün Sizə müxtəlif formatlı satış sonrası texniki servis paketləri təklif edirik. Ümumililkdə sistemin düzgün və səmərəli işləməsini təmin etmək üçün mütəxəssislərimiz mütəmadi olaraq onun bütün zəruri komponentlərini yoxlayır, onların iş rejiminə nəzarət edir və lazım olan texniki servisi həyata keçirilər. Beləliklə, istismarda maksimum rahatlıq və optimal enerji sərfiyyatı təmin edilir. Bu da, baxım və təmir xərclərində əhəmiyyətli dərəcədə qənaət deməkdir. Təhlükəsizlik məsələsinə gəldikdə isə, müntəzəm texniki servis sayəsində nazazlıqların öncədən aşkar edilməsi imkan verir ki, baş verə biləcək qəzaların 50%-dən çoxunun qarşısı alınsın.

Təmir

Operativ dəstək zəmanəti Nasosda müxtəlif nasazlıq siqnalları müşahidə edilirsə nə etməliyəm? Unimak hansı dəstəyi göstərə bilər? Müştəriyönümlü korporativ yanaşmamız sayəsində nasos və nasos sitemləri ilə bağlı problemlərin Şirkətimizin servis şöbəsi tərəfindən tez, səmərəli, zəmanətli və etibarlı şəkildə həll edilməsinə nail oluruq. Təmirə ehtiyac duyulmasa belə, Unimak texniki xidmət mərkəzi hərhansı nasazlıq zamanı Sizə dəstək göstərməyə hazırdır. Onu da qeyd edək ki, Wilo markasının rəsmi distribyutoru kimi Unimak şirkəti öz müştərilərini istehsalçının məhsul portfelindəki bütün nasos modellərinə aid orijinal ehtiyyat hissələri ilə dərhal təmin edir. Bu məqsədlə, geniş çeşiddə və daim yenilənən ehtiyyat hissəsi anbarımız mövcuddur. Məqsədimiz avadanlıqlarınızın uzunmüddətli istismarıdır.

Quraşdırılma zamanı texniki nəzarət

Quraşdırma prossesinin aidiyyatı təlimatların tələblərinə uyğun aparılması ən vacib amillərdəndir. Nasosların quraşdırılması, işə salınması və istismarı, istənilən mürəkkəb avadanlıqda olduğu kimi, ixtisaslı yanaşma tələb edir. Bu məqsədlə Müştərilərimizə texniki servis mütəxəssislərimiz tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən quraşdırma işlərinə nəzarət və ümumi koordinasiya xidmətlərini təklif edirik. Əmin ola bilərsiniz ki, təcrübələrimizə əsaslanan tövsiyyələrimiz sayəsində avadanlıqların quraşdırılma işlərini düzgün icra edəcək və yarana biləcək kobud səhvləri aradan qaldırmaqla, xərclərinizi azaldacaqsınız. Bu xidmətin qiymətləndirilməsi görüləcək işlərin həcmi və xüsusiyyətindən asılı olaraq fərdi qaydada aparılır. Xərcləri hesablamaq üçün onlayn müraciət edə bilərsiniz.