Haqqımızda

Wilo - alman keyfiyyəti Azərbaycanda!

Unimak şirkəti 2012-ci ildən etibarən “Unimak” MMC əmtəə nişanı altında fəaliyyət göstərir. “Unimak” MMC Almaniyanın nasos və nasos sitemləri istehsalçısı olan WILO şirkətinin Azərbaycandakı rəsmi satış və servis partnyorudur. Şirkətimiz Wilo markalı bütün növ nasos və nasos avadanlıqlarının satışı, quraşdırılması, təmiri və texniki dəstək işlərini həyata keçirir.
1872-ci ildə Louis Opländer tərəfindən təməli atılan WILO Şirkətinin hal hazırda 8200 əmakdaşı və dünyanın 50 ölkəsində 60-dan yuxarı nümayəndəliyi var. Wilo SE istilik, soyutma və havalandırma, su təchizatı, drenaj, suvarma, çirkab suların ötürülməsi və təmizləmə qurğularında yenidən emalı və sənayə müəssisələrində texnoloji prosseslər zamanı istifadə olunan müxtəlif növ və parametrlərdə nasosların istehsalı sahəsində fəaliyyət göstərən qlobal miqyaslı istehsalçı şirkətdir. Baş ofisi Almaniyanın Dortmund şəhərində yerləşən şirkət həm istehsal etdiyi məhsulların keyfiyyəti, həm satış və xidmət şəbəkəsi, həm də müştərilərə yaxınlığı və əlçatanlığına görə öz seqmentində liderdir. Biz Unimak şirkəti olaraq biz də Wilo ailəsinin bir parçası olmaqdan və bu markanı Azərbaycanda uzun illər ərzində uğurla təmsil etməkdən qürur duyuruq.

Niyə məhz biz?

Müştəriyə daha yaxın və daha diqqətlə

Layihənin böyüklüyündən asılı olmayaraq bütün müştərilərimizə eyni dərəcədə yüksək xidmət göstərir, onlara bütün iş prosesi boyunca hərtərəfi dəstək veririk.

Məhz buna görə də “Unimak”, nasos və nasos sistemlərinin satışı seqmentində respublikada ən geniş müştəri şəbəkəsinə sahib şirkətdir.

Maksimum dərəcədə peşəkar və keyfiyyətli xidmət

Göstərilən xidmətin keyfiyyəti sizi narahat edir? O zaman, aşağıda qeyd olunan kriteriyaları qiymətləndirməklə xidmətin keyfiyyət dərəcəsini rahatlıqla ölçə bilərsiniz.